Azərbaycan üzrə mobil telefon və komputerlərin, eləcə də planşetlərin bazar payı açıqlanıb.
Banker.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, masaüstü kompüterlərin bazar payı əvvəlik ayla müqayisədə 2.96 faiz azalaraq 41.46 %-ə bərabər olub.
Mərkəzin məlumatına əsasən, hesabatda ölkə üzrə planşetlərin bazar payı 2.81% təşkil edib ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə isə 0.02% bəndi azdır.
Bu dövrdə mobil telefonların bazar payı 55.73 % təşkil edib ki, ıeçən ilin noyabr ayl ilə müqayisədə 2.78% bəndi çoxdur.