Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 86,6 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 10,8 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,2 dəfə artıb.
Yeddi ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə monitorların istehsalı 102,4 dəfə artıb, məişət soyuducularının istehsalı 31,4 faiz, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 94,9 faiz azalıb.
Bununla yanaşı, hesabat dövründə 8,2 min ədəd qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatları istehsal edilib./Lent.az