10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda müəllimlər üçün ipoteka təklifi

“Müəllimlər də güzəştli ipotekdan yararlanan kateqoriyaya daxil edilsin”.

Banker.az Qafqazinfo-ya itinadən bildirir ki, bu təkliflə deputat Qənirə Paşayeva parlamentdə cari məsələlərin müzakirəsi zamanı çıxış edib.

O qeyd edib ki, yerlərdə müəllimlərlə görüş zamanı onlar bunu bizdən istəyirlər: “İlkin olaraq ən azı 20 il stajı olan müəllimlərin bundan yararlanması mümkün olsa yaxşı olardı. Çünki gənc müəllimlər sosial mənzil layihəsindən yararlana bilərlər. Amma çox stajlı müəllimlər güzəştli ipotekadan yararlana bilsələr yaxşı olar. Bu onlar üçün ən böyük bayram hədiyyəsi olardı”.

 

Son xəbərlər
Digər xəbərlər