2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda müştəriləri bu bankdan əmanətləri çəkir

“Turan Bank” ötən ilin 12 ayında 725 min manatlıq zərərlə bərabər, banka aid digər vacib göstəricilərdən biri olan depozit portfelində də mənfi göstəricilər qeydə alınıb.

Banker.az Bankın 1 yanvar 2018-ci il tarixinə olan maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründən öncəki illə (2016 audit hesabatına istinadən) müqayisədə depozit portfeli 17%-dən çox, yəni 47,29 mln. manat kiçilərək 227,343 mln. manata düşüb. Bankın öhdəlikləri azalaraq 418,346 mln. təşkil edir ki, bu da ötən illə müqayisədə 49,27 mln. manata yaxın az olması deməkdir.

Hazırda bankın kredit portfeli də kiçilməkdədir. Belə ki, müştərilərə verdiyi kreditin həcmi ötən illə müqayisədə 60 mln. manat kiçilərək 266,77 mln. manat təşkil edir.

“Turanbank”ın cəmi kapitalı 1 il ərzində azalaraq 58,97 mln. manat olub.

Qeyd edək ki, Bankın yığılmış zərərinin həcmi il ərizndə iki dəfəyə yaxın artaraq 1,53 mln. manata çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər