8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda nə “Samsung”, nə də “iPhone” Koreya və ABŞ-dan gətirilir

Azərbaycan 2022-ci ilin ilk üç rübü ərzində xaricdən 404 142 ədəd smartfon idxal edib. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

İdxal edilmiş smartfonların dəyəri isə 92.04 dollar olub. Smartfonların orta dəyəri isə $ 228 olub.

İdxal edilmiş mobil telefonların 238 090 ədədi ($52.44 mln.) Çindən, 106 547 ədədi ($24.61 mln.) Vyetnamdan, 57 757 ədədi ($14.79 mln.) Hindistandan idxal edilib.

Maraqlıdır ki, Azərbaycana Koreyanın “Samsung” və eləcə də ABŞ-ın “Apple”nin “iPhone”nun idxalı heç biri bu iki ölkədən deyil. Azərbaycanda ən populyar iki smartfon markasının hər biri digər Asiya ölkələlərindən gətirilib.

 

Son xəbərlər
Digər xəbərlər