12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycanda nağd dollar satışı valyutanın alışını üstələyib

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin iyul ayında banklar tərəfindən nağd 165 milyon 506 min dollar alınıb, 238 milyon 971 min dollar satılıb. Ötən ilin iyul ayında isə banklar tərəfindən 175 milyon 342 min dollar alınıb,  189 milyon 307 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin iyul ayında dolların alışı 6% azalıb, satışı isə 26% artıb.

İyul  ayında banklar tərəfindən 13 milyon 733 min avro alınıb, 50 milyon 173 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 36% azalma, satışında isə 6,4% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin iyul ayında 887 min funt sterlinq alınıb və 2,908 min funt sterlinq isə satılıb. 

Son xəbərlər
Digər xəbərlər