1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda nağd pulun həcmi 11% artıb

Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2016-cı il mart ayının 1-nə 5 499,1 mln. manat təşkil edib.Mərkəzi Bankın verdiyi xəbərə görə, dövriyyədə olan nağd pulların həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 544,4 mln. manat və ya 11% artıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 202 mln. manat və ya 36,8% azalıb.

Yerli analitika qrupu  Report hesab edir ki, dövriyyədə olan nağd pulun artmasına səbəb əhalinin valyuta vəsaitlərinin bir hissəsini manata çevirməsi ilə bağlıdır. Dövriyyədə olan nağd pullar 2015-ci ilin may ayındakı cüzi artım istisna olmaqla 19 aydan (faktiki – 9 aydan) sonra ilk dəfə artıma keçib. Məhz 2014-cü ilin iyul ayında nağd pulun həcmi maksimal səviyyəyə (11 144,4 mln. manat) çatıb. Hazırda bu göstərici rekord səviyyədən 5 645,3 mln. manat və ya 50,6% aşağıdır.

 

Son xəbərlər
Digər xəbərlər