-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda nağdsız ödənişlər tarixi rekord yeniləyərək illik ikiqat artım göstərib

Azərbaycanda ötən il ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır.

2023-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5 mlrd. 798 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 4 mlrd. 801 mln. manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 987 mln. manatı POS-terminallar, 9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.6%-ni təşkil etmişdir.

234234324234

Son xəbərlər
Digər xəbərlər