Ötən həftə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin mövcudluğunu əsas gətirərək, təşəbbüs irəli sürüb.
O, Silahlı Qüvvələrə Yardım Fondunu xatırladaq baş nazirin müavini hakim Yeni Azərbaycan Partiyasının üzvlərini Fonda dəstək aksiyaya qoşulmağa çağırıb.
Əli Əhmədov həmçinin yaydığı açıqlamada bildirib ki, aylıq əmək haqqımın 50 faizinin həmin Fonda köçürülməsi barədə mühasibatlığa müraciət edib.
Maraqlıdır, Əli Əhmədov baş nazirin müavini olaraq nə qədər maaş alır?
Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir. Həmin sərəncama əsasən, baş nazirin müavini hazırda 2060 manat məvacib alır.
Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı da verilir.
2004-cü il sentyabrın 1-dən qüvvədə olan sərəncama əsasən, rəhbər işçilərin aylıq vəzifə maaşları müasir dövrün tələblərinə uyğunlaşdırılıb və aşağıda verilmiş cədvəldəki kimidir.
“1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
1.1. Baş nazir – 2 460 manat
1.2. Baş nazirin birinci müavini – 2 160 manat
1.3. Baş nazirin müavini – 2 060 manat
1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi – 1 925 manat
1.5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri – 1 595 manat
1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – 1 375 manat
1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini – 1 280 manat
1.8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini – 1 155 manat
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
- Bakı şəhəri 1 925 manat
- Gəncə və Sumqayıt şəhərləri – 1 280 manat
- şəhər, rayon və şəhər rayonu üzrə:əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 045 manat
- əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat
- əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat.”