6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda Nazirlik məhkəməyə verildi

Fövqəladə Hallar Nazirliyi məhkəməyə verilib.

İş Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır.

Nazirlik barəsində iddia qaldıranlar isə Həsənov Eltac Azər oğlu və Həsənli Hasib Nəsir oğlu adlı vətəndaşlardır. Məlumata görə, iddiaçılar FHN-nin işçiləri olub. Bir müddət əvvəl işdən çıxarılıblar. Lakin onlar işdən çıxarılmalarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət ediblər. Hər iki iddiaçı işə bərpa olunmalarını tələb edirlər.

FHN 2006-cı ildə yaradılıb. Həmin ildən Kəmaləddin Heydərov quruma rəhbərlik edir.

 

 

Son xəbərlər
Digər xəbərlər