-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda neft emalı azalıb

Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-may aylarında 2,3 mln. ton təşkil edib.

Məlumata görə, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 400 min ton az olub.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər