9 C
Baku
Thursday, November 28, 2024

Azərbaycanda neft hasilatı düşür, təbii qaz yüksəlir

Azərbaycanda neft hasilatının həcmi 2023-cü ilin ilk üç rübündə 7.3% azalıb.

Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinad edir.

Məlumata əsasən, hesabat müddətində ölkə ərazisində 22 milyon 603.5 min ton həcmində xam neft hasil edilib və bunun da 22 milyon 513.8 min tonu əmtəəlik olub.

Bununla belə, neft hasilatından fərqli olaraq təbii qaz hasilatı yüksəlib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 35 milyard 900.7 milyon kub-metr təbii qaz hasil edilib. Hasilatın həcmi illik müqayisədə 4.4% yüksəlmişdir. Bildirilir ki, təbii qaz hasilatının yalnız 26 milyard 868.8 milyon kub-metri əmtəəlik olub.

Azərbaycanda son iki ildə neft hasilatının həcmi azaldığı halda, təbii qaz hasilatı yüksəlir. Nəticədə 2023-cü ilin ilk 8 ayında ölkənin ixracında xam neftin payı 52.29%-dən 46.13-ə düşüb. Təbii qazın ixracın payı isə 39.31%-dən 42.92%-ə yüksəlib.

Operator “BP Azerbaijan” da açıqlamasından sonra məlum olub ki, hasilat azalıb. Bu əslində gözlənilən idi. Dövlət Büdcəsi ilə bağlı rəydə də azalma ilə bağlı qeydlər var idi. Cari ilin ilk 6 ayında neft istehsalında əsas təchizat yatağı olan Azəri-Çıraq-Günəşli yatağından gündə orta hesabla 375 min barel neft çıxarılıb. Bu 2022-ci ilin eyni dövründə 424 min ton xam neft hasil edilmişdi. İllik müqayisə üçün AÇG-dən çıxarılan neftin həcmi illik 12% azdır.

AÇG həm də ölkənin suveren fondunun gəlirlərində mühüm rola malikdir. Dövlət Neft Fonduna daxil olan gəlirlər ilin yanvar-avqust ayları ərzində 4 milyard 158 milyon ABŞ dolları olub. Bu 2022-cü ilin müvafiq dövründə 5 mlrd. 683 mln. dollar idi. Beləliklə, AŞG-dən daxil olan gəlirlər 1 mlrd. 525 mln. dollar və ya 27 faiz azalıb.

EIA-nın 2023-cü ilin ilk iki rübü ilə bağlı hasilat proqnozu isə 650 min və 620 min barrel-gündəlik idi.

Son xəbərlər
Digər xəbərlər