17 C
Baku
Monday, April 29, 2024

Azərbaycanda Norveç kapitallı BOKT-nin maliyyə vəziyyəti bilindi

Azərbaycanda fəaliyyətdə olan Norveç kapitallı bank olmayan kredit təşkilatı “Viator Mikrokredit Azərbaycan” MMC 2022-ci ildə artıma nail ola bilib və ili 149 min manata yaxın xalis mənfəətlə başa vurub. Öncəki ildə onun xalis mənfəəti 132 min manata yaxın idi.

Banker.az bu barədə BOKT-nin illik audit hesabatına istinad edir.

Bildirilir ki, ötən il onun 1 mln. 521 min manat faiz gəliri olmuş ki, bu da illik 11% artım deməkdir. 157 min manatlıq faiz xərci etdiyi halda, 219 min manat problemli kreditlərin geridönüşündən vəsait əldə etmiş, 513 min manatlıq vəsaitləri bərpa etmiş, 1 mln. 578 min manatlıq inzibati və ümumi xərclər çəkib ki, bu da onun əməliyyat mənfəətinin 198 min manat olması deməkdir.

Beləliklə, 2022-ci ilin xalis mənfəəti balansdakı bölüşdürülməmiş mənfəətini 3 milyon 711 min manata yüksəldib.

BOKT “Viator Mikrokredit Azərbaycan” MMC hesabat ilində aktivlərini 7% artımla 7 mln. 164 min manata yüksəldib ki, burada 2.2% artım müştəri kreditlərində qeydə alınıb və ilin sonuna həcmi 6 mln 266 min manat olub.

Aktivlərdəki artıma səbəb BOKT-un kassasındakı pulların 450 min manata yüksəlməsidir.

BOKT-un 2 mln. 656 min manatlıq öhdəliyinin böyük hissəsi müddətli borclardır. Müddətli borcların həcmi son ildə 15% artımla 2049 min manata yüksəlib, istiqrazlar üzrə ödəyəcəyi məbləğ ötən il daha 100 min manat artımla 500 min manata çatıb.

Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.

22 11 1

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər