8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda noutbukların satışı artıb

Bu ilin may ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı aprel ayı ilə müqayisədə 3,9 faiz bəndi artıb.

Banker.az xəbər verir ki, noutbukların bazar payı cari ilin iyunun 1-nə 68,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 9,8 faiz bəndi çoxdur.

Mərkəzin məlumatına əsasən, bu ilin may ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 3,8 faiz bəndi azalaraq iyunun 1-nə 30,5% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 faiz bəndi azdır.

Hesabatda, bu ilin iyun ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 0,92% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 0,18 faiz bəndi azdır. Bu seqment üzrə may ayının göstəricisi aprel ayının göstəricisinə nisbətdə 0,08 faiz bəndi azalıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər