15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda ödəniş sistemi kredit bazarına girir

Azərbaycanda ödəniş sistemi bazarında fəaliyətdə olan “Payonix” kredit bazarına girir və o bunun üçün ilkin addımlardan birini atıb. Yeni bank olmayan kredit təşkilatı yaradıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Payonix Bank Olmayan Kredit Təşkilatı” MMC dövlət qeydiyyatına alınıb.

“Payonix” BOKT Azərbaycanda neobank – standard bank xidmətləri təklif edən “Payonix” ödəniş sistemi tərəfindən yaradılıb.

Qeyd edilir ki, BOKT-un nizamnamə kapitalı Azərbaycan Mərkəzi Bankı tərəfindən BOKT-lər üçün nəzərdə tutulan minimal məbləğdə – 300 000 manat təşkil edir.

Şirkət 30 iyunda yaradılıb. İndi BOKT lisenziya əldə etmək üçün ayrıca Mərkəzi Banka müraciət etməlidir ki,  bu bazarda iştirak edə bilsin.

LİSENZİYA NƏ VAXT VERİLİR?

Prudensial normativlər və tələbləri

1. Mərkəzi Bank tərəfindən BOKT-lərin fəaliyyətinə dair aşağıdakı prudensial normativlər və tələblər müəyyən edilir:

1.1. hər iki növdən olan BOKT üçün nizamnamə (şərikli) kapitalının (əmlak haqları) minimum miqdarı;

1.2. girov əmanəti qəbul etmək hüququ olan BOKT üçün:

1.2.1. bir borcalana və birgə borcalanlar qrupuna verilən kreditlərin maksimum miqdarı;

1.2.2. aidiyyəti şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər;

1.2.3. aktivlərin, balansarxası öhdəliklərin təsnifatından və qiymətləndirilməsindən asılı olaraq mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara dair tələblər.

3.2. Girov əmanəti qəbul etmək hüququ olan BOKT üçün qəbul edilən girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti normativi tətbiq olunmur.

3.3. Fəaliyyətdə olan BOKT-lar üçün AMB tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər BOKT-lara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına aid tələblərdə dəyişikliklər isə BOKT-lara rəsmən bildirildikdən sonra bir ildən tez olmayaraq qüvvəyə minir.

BOKT Bakı şəhəri Yasamal rayonu, Bəşir Səfəroğlu, rv 133a, 239-cu məhəllə, m. 23 ümvanında qeydiyyata alınıb.

“Payonix BOKT”un rəhbəri (direktoru) isə Anar Fətəliyev Akif oğludur, hansı ki, texnologiya sahəsiundə kreditləşmədə iştirak etmiş bir-birinə yaxın olan “Fintrend BOKT” MMC və “ASET BOKT” MMC-yə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər