Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) onlayn olaraq taksi, sürücülük və çatdırılma xidmətlərinə görə araşdırmaya başlayır.
Banker.az-ın xəbərinə görə, KOBİA ilə “Era Marketinq” MMC müqavilə bağlayıb.
Müqavilədə “Onlayn platforma üzərindən taksi, sürücülük və çatdırılma xidmətlərinin göstərilməsi ilə bağlı tələbatın öyrənilməsi” üzrə bazar araşdırmalarının aparılması xidməti nəzərdə tutulub.
Buna görə KOBİA bu şirkətə 19 352 manat ödəyəcək.
Bildirək ki, hazırda ölkədə “Bolt”, Yandeks platformasında fəaliyyət göstərən “UberAz” və “189” kimi taksi xidmətləri onlayn olaraq, mobil tətbiq vasitəsi ilə daşıma xidmətlərini həyata keçirirlər.
Onu da qeyd edək ki, “Era Marketinq” MMC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elmir Qasımovdur.