20 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda orta maaş 9 manat 50 qəpik artıb

2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24.8 min nəfər və ya 1.5 faiz artaraq 1733.9 min nəfər olmuş, onlardan 903.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Muzdla işləyənlərin 19.3 faizi təhsil. 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.9 faizi sənaye, 8.2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7.1 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2.0 faizi maliyyə və sığorta fəaliyyəti, 14.0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2022-ci ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14.7 faiz artaraq 839.4 manat olmuşdur. 2022-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 829.9 manat (aylıq müqayisədə 9.5 manat artım) olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər