10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda ortamüddətli dövrdə maliyyə sektorunun inkişafı strategiyası hazırlanır

Hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təşkilatlarla birlikdə ortamüddətli dövrdə maliyyə sektorunun inkişafı strategiyası üzərində işləyir.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun szölərinə görə, bu prosesi 2023-cü ilin II yarısında yekunlaşdırmağı planlaşdırırıq.

“Maliyyə sektorunun tənzimlənməsi və nəzarət çərçivəsinin beynəlxalq standartlara keçidi üzrə işlər sürətləndiriləcək. Müasir texnologiyaların tətbiqi sektorda aparılan maliyyə əməliyyatlarının real rejimdə nəzarət etməyə və risklərə qabaqlayıcı reaksiya verməyə imkan verəcək”, – T.Kazımov deyib.

Son xəbərlər
Digər xəbərlər