024-cü ilin yanvar-may aylarında ölkədə 48 milyard 26 milyon manatlıq (28 mlrd. 251 mln. dollar) ümumi daxili məhsul istehsal olunub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Apreldə iqtisadi artım tempi 4.3 faiz idi.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər istehsalı 7.3 faiz artmış, neft-qaz sektorunda isə eyni səviyyədə qalmışdır.
ÜDM istehsalının 39.7 faizi sənaye, 9.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.0 faizi tikinti, 3.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.8 faizi informasiya və rabitə sahələrinin, 20.1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 713.3 manata ($2 772) bərabər olmuşdur. Adambaşına düşən ÜDM 2023-cü ilin ilk 5 ayında 4 890.6 manat idi.