16 C
Baku
Thursday, May 9, 2024

Azərbaycanda ötən il ən çox yeni iş yerləri hansı rayonlarda açılıb? – TOP10

2023-cü il ərzində ölkədə 82,3 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 91.8 faizi qeyri-dövlət sektorunda açılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Yeni açılmış iş yerlərinin 79.7 faizi Bakı şəhərinin, 1.3 faizi Naxçıvan Muxtar Respublikasının, 19 faizi digər regionların, o cümlədən 3.6 faizi Abşeron-Xızı, 2.4 faizi Quba-Xaçmaz, 1.9 faizi Gəncə-Daşkəsən, 1.8 faizi ŞəkiZaqatala, 1.7 faizi Şirvan-Salyan, 1.6 faizi Qazax-Tovuz, 1.4 faizi Lənkəran-Astara, 1.3 faizi Mərkəzi Aran, 1.2 faizi Qarabağ, 0.9 faizi Şərqi Zəngəzur, 0.7 faizi Mil-Muğan, 0.5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

2023-cü ildə ölkənin rayon və şəhərlərində ən çox iş yeri Bakıda yaradılıb. Bakıda 65 563 iş yeri açılıb. Bakı şəhərində ən çox yeni iş yeri Nəsimi (12 851) və Nərimanov rayonunda (11 823) olub.

Sonrakı yerləri Abşeron rayonu (1521 iş yeri), Sumqayıt (1380 iş yeri), Gəncə şəhəri (935 iş yeri), Naxçıvan (907 iş yeri), Xaçmaz (733 iş yeri), Quba (704 iş yeri), Şirvan (698 iş yeri), Qəbələ (658 iş yeri), Laçın (625 iş yeri) tutur.

Bu dövrdə say etibarı ilə ən az iş yeri Xocalıda (6 iş yeri), Ucarda (7 iş yeri), Lerikdə, Qubadlıda (8 iş yeri) yaradılıb. Bakı şəhərinin Pirallah rayonunda 7 iş yeri, Naxçıvanın Culfa rayonunda 2 iş yeri, Ordubad və Şahbuz rayonunda 10 iş yeri, Xızıda isə 13 yeni iş yeri yaradılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər