14 C
Baku
Saturday, November 16, 2024

Azərbaycanda ötən il 139 yeni dövlət standartı qəbul edilib

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 139 yeni dövlət standartı qəbul edib.

Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci illə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Bundan başqa, M.Abbasbəyli qeyd edib ki, hesabat dövründə Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) uyğunluğu qiymətləndirən 85 qurumu akkreditasiya edib. Azərbaycan Metrologiya İnstitutu isə ölkəyə idxal olunan 1 000-dən çox ölçmə vasitəsinin tipə uyğunluğunu tanıyıb və onlara dair məlumatları dövlət reyestrinə daxil edib.

“Ötən il sahibkarlıq subyektlərinə 72 554 mənşə sertifikatı verib ki, bu da əvvəlki ilə nisbətən 18.7% çoxdur”, – deyə o əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər