Azərbaycanda ötən il 15 minə yaxın iş yeri bağlanıb

2023-cü il ərzində ölkədə 14.9 min iş yeri bağlanmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu dövrdə bağlanmış iş yerlərinin 52.4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 47.4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 52.6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər