17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda ötən il avtomobil sığortası üzrə yığımlar artıb

2022-ci ildə Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat  vasitələrinin icbari sığortası üzrə 42 milyon 98 min manat sığorta haqqı hesablanıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən illə müqayisədə 2 milyon 425 min manat artıb.

2021-ci ildə isə avtonəqliyyat vasitələrinin sığortası üzrə 39 milyon 672 min manat sığorta haqları hesablanıb.

Bu il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə  16 milyon 755 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişləri isə 8% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər