İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 2024-cü ildə istehlakçılardan daxil olan müraciətlər əsasında 426 min manatadək vəsaitin geri qaytarılmasını təmin edib.
Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Dövlət Xidməti tərəfindən istehlakçıların maraqlarının qorunması sahəsində atılan addımlar istehlakçılar və sahibkarlar arasında etibarlı əməkdaşlıq mühitinin formalaşmasını, etimadın artırılmasını və uzunmüddətli perspektivdə biznes subyektləri tərəfindən istehlakçı məmnunluğunun təmin edilməsini təşviq edir”, – deyə o bildirib.