-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda ötən il kvotadan 27% az balıq ovlanıb

Azərbaycanda 2019-cu ildə 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilmiş 1 185,8 ton kvotaya qarşı 1 176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1% az balıq ovlanıb.

Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, ovlanmış balığın 694,0 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20 tonu dabanbalığı, 10 tonu sıf, 8,2 tonu şamayı, 5 tonu naxa, 3,4 tonu qarasol, 2 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

2019-cu ildə balıqçılar tərəfindən kvota üçün 101,6 min manat ödənilib.

Qeyd edək ki, kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9% çoxdur.

Son xəbərlər
Digər xəbərlər