6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda otel biznesi: Daha çox hansı rayonlar qazanıblar?

2019-cu ildə Azərbaycanda otellərin gəlirləri ümumilikdə 450,2 milyon manat olub. 2018-ci ildə isə otellərin gəlirləri 359,4 milyon manat təşkil edib. Belə ki, ötən il, otellərin qazancları 25,2% artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2019-cu ildə ölkədə ən çox qazanc əldə etmiş rayonlardan ilk üçlükdə Bakı şəhəri, Qəbələ rayonu, Qusar rayonu dayanır. Bakı şəhərində otellər ötən il 335,8 milyon manat qazanc əldə edib ki, bu da 2018-ci illə müqayisədə 31,3% artım deməkdir.

2019-cu ildə Qəbələ rayonunda otellər digər rayonlara nisbətən daha çox yəni, 30,9 milyon manat gəlir əldə etməsinə baxmayaraq, 2018-ci ilin analoji dövrüylə müqayisədə ötən il Qəbələdə otellərin gəlirləri 4,1% az olub.

3-cü yerdə isə Qusar rayonu dayanır. Belə ki, 2019-cu ildə Qusar rayonundakı otellərin qazancları 2018-ci ilin müvafiq dövrüylə müqayisədə 1,8% artaraq 14,3 milyon manat təşkil edib.

Ötən il Azərbaycan rayonları sırasında otellərdən daha az gəlir əldə edən rayon İmişlidir. 2018-ci ildə İmişli rayonunda otellərin gəlirləri 14,9 milyon manat olsa da, 2019-cu ildə bu göstərici 6,9 milyon manat (53,7% az) təşkil edib.

rayonlarda otellerin gelirleri bankeraz

Son xəbərlər
Digər xəbərlər