Banker.az-ın əldə etdiyi məlumata əsasən, İsmayıl Dadaşov 9 sentyabr 2026-cı il tarixindən etibarən GL Group-da Qrup üzrə Xüsusi Layihələr Direktoru və Aparat Rəhbəri vəzifəsinə təyin edilib.
İsmayıl Dadaşov yeni vəzifəsində qrupun Baş İcraçı Direktorunun təşəbbüsü ilə həyata keçirilən xüsusi layihələrə rəhbərlik edəcək. Onun əsas vəzifələri arasında layihələrin koordinasiyası, icrasının təmin edilməsi və qrupun prioritetləri ilə uyğunlaşdırılması yer alacaq. Bu fəaliyyət çərçivəsində yataq və terminallarda infrastruktur və obyektlərin təkmilləşdirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək.
Dadaşov, həmçinin korporativ tədbirlərin, o cümlədən rəhbər şəxslərin səfərlərinin təşkilinə və koordinasiyasına nəzarət edəcək, zəruri hallarda qrupu müxtəlif görüş, komitə və işçi qruplarında təmsil edəcək.
O, Aparat Rəhbəri kimi əvvəlki funksiyalarını da davam etdirəcək. Bu vəzifə çərçivəsində rəhbərlik komandalarının görüşlərinin koordinasiyası, Baş İcraçı Direktorun adından əsas qərar və öhdəliklərin icrasının izlənilməsi, həmçinin Məşvərət Şurasının Katibi funksiyasının yerinə yetirilməsi onun məsuliyyətində olacaq.
Dadaşov eyni zamanda Administrasiya funksiyasına rəhbərliyi davam etdirəcək və korporativ obyektlər və iş mühiti ilə bağlı xidmətlərə cavabdeh olacaq.







