15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda özəl sektorda işləməyə daha çox maraq artıb – Kəskin artım

Cari il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 731 min nəfər təşkil edib.

Banker.az bu barədə Dövlət Statitika Komitəsinə istinadən xəbər verir.

2019-cu ilin yanvar ayının 1-nə isə muzdla işləyənlərin sayı 1548,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 884 min nəfər, qeyri-dövlət sektorunda isə 665 min nəfər təşkil etmişdir.

Belə ki, illik müqayisədə dövlət sektorunda işləyənlərin sayı 31 min nəfər və yaxud 3,5%, özəl sektorda işləyənlərin sayı isə 66 min nəfər və yaxud 10% artıb.

2020-ci ilin yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda muzdla işləyənlərin sayı 96,5 min nəfər (6,2%) artıb.

Son xəbərlər
Digər xəbərlər