Gəncə şəhərində sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə “AzerGold”un QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Sözügedən zavod fəaliyyəti daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.