-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda pensiya sistemində hansı üstünlüklər və çatışmazlıqlar var?

Yanvarın 1-nə kimi ölkədə, dövlət Sosial Müdafiə Fondunda 1 milyon 228 min pensiyaçının qeydiyyatda olduğu açıqlanıb. Bu da ölkə əhalisinin  12.3 %-ni təşkil edir.

Bu dövrdə təyin olunmuş aylıq pensiyaların orta məbləği isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.7% artaraq 302.2 manat təşkil edib və orta aylıq əməkhaqqının 42.7%-nə bərabər olub.

Bəs Azərbaycanda pensiya sistemində hansı üstünlüklər və çatışmazlıqlar var?

Banker.az xəbər verir ki, bu barədə İqtisadçı Rəşad Həsənov məlumat verib.

O, bildirib ki, Azərbaycanda pensiya sistemində əlçatanlıq region ölkələri ilə, hətta MDB ölkələri ilə müqayisədə kifayət qədər aşağıdır. Səbəblərdən biri ondan ibarətdir ki, Azərbaycanda müstəqillik dövründə bir neçə əlavə sosial müdafiə mexanizmləri, ünvanlı sosial yardım, prezident təqaüdü və s. bu kimi yeni mexanizmlər formalaşıbdır, nisbətən  digər ölkələrlə müqayisədə daha əhatəlidir.

Amma burda digər əsas məqamlardan biri də, xüsusilə 2015-2016-cı illərdən sonrakı ressersiya dövründə hökümətin ortaya qoyduğu mövqedir. Hökumət mümkün qədər çalışdı ki, pensiya təminatı sistemində gəlirlərlə xərclərin optimallaşdırılması istiqamətində  balans formalaşdırsın. Təəsüf ki, bu zamanda illiqal əmək bazarının leqallaşdırılması istiqamətində təşəbbüslərdən çox,  pensiya çıxışı hüququnun məhdudlaşdırılması istiqamətində qanunvericiliyə çox sərt düzəlişlər edildi.

Qeyd edək ki, ilk növbədə pensiyaçatanlılığının artırılması istiqamətində hökumət yeni yanaşma ortaya qoymalıdır. Xüsusilə yaşla bağlı məsələlərdə. Çünki  Azərbaycanda yaş həddi pensiyaçılar üçün bu il kişilərədə 65 olur, amma qadınlarda 2026-cı ildə 65 yaşa  çatdırılacaqdır. Bu doğru yanaşma deyil və faktiki yaş həddi ilə uzlaşmır. Burda yaş həddinin azaldılması istiqamətində mövqe ortaya qoyulmalır. Hansı ki, cari şərtlər daxilində hər il 6 ay arta-arta bu proses davam edir. Bundan başqa əmək bazarının strukturununun təkmilləşdirilməsinə ehtiyac var.

Kənd təssərrüfatı sektorunda 1 milyon 700 mindən çox  məşğul insan var. Onların böyük əksəriyyəti pensiya hüququndan istifadə edə bilməyəcək. Çünki faktiki olaraq onların pensiya hüququ əldə etmələri üçün 25 il məhz torpaq mülkiyyət kimi sığorta ödənişləri etməlidirlər ki, bu günə qədər bu mexanizmi ölkənin əksər yerlərində ardıcıl olaraq tətbiq edə bilmirlər. Bu o demekdir ki, həmin insanlarda 25 il sığorta stajı yığılması imkanları məhduddur.

Buna görə də torpaq mülkiyyətçiləri  ilə bağlı məsələyə yenidən aydınlıq gətirilməlidir. Onların pensiya hüququnu  əldə edilməsi imkanları genişləndirilməlidir” – deyə İqtisadçı bildirib.

Son xəbərlər
Digər xəbərlər