Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq”.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
O xatırladıb ki, “Əmək pensiyaları”, “Sosial müvaniətlər” və “Sosial xidmət” haqqında qanunlara Milli Məclisin plenar iclasında birinci oxunuşda dəyişikliklər qəbul olunub.
“Plenar iclasda təqdim etdiyim qanun layihələrində nəzərdə tutulan dəyişikliklərə əsasən, vətəndaşlarımız pensiyaya çıxan və ya müavinət almaq istəyən zaman o heç bir sənəd təqdim etməyəcək. Lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək. Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa, o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək.
Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa, o zaman Dövlət Sosial Müdafiə Fondu sorğu göndərib həmin informasiyanı əldə edəcək”.
Deputat qeyd edib ki, dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımından əhəmiyyətlidir: “Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”.