8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda poçt və kuryer xidmətlərinin gəlirləri 112 mln. manata çatıb

Azərbaycanda poçt və kuryer şirkətlərinin gəlirləri 2023-cü ildə yüksəlib.

Banker.az-ın əldə etdiyi rəsmi statistik göstəricilərə əsasən, bu xidmət ötən il 111.94 milyon manat gəlir əldə ediblər.

Bu da 2022-ci ildə qeydə alınmış 97.34 mln. manatdan 13.7 faiz yuxarı nəticədir.

Poçt və kuryer xidmətləri üzrə 2023-cü ildə təkcə hava nəqliyyatı ilə 297.5 tonluq yük daşınıb. Bu 2022-ci ildən (214.5 ton) 38.7 faiz çoxdur.

Bununla belə, bu sektorda çalışan işçilərin sayı illik 4.2 faiz azalaraq 6 174 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat ayayır. Əməkhaqları üzrə isə nəqliyyat sektorunda ən az göstərici ilə işini davam etdirir. Bu xidmət üzrə orta aylıq əmək haqqı illik 22.9 faiz artaraq 530.3 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər