Qəbələdəki aqroparka bu ilin ilk səkkiz ayında 5 mln. manat əlavə maya qoyulub

“Qəbələ Aqropark” MMC nizamnamə kapitalını 2 milyon manat artıraraq 52 milyon 395 min manata çatdırıb.

Şirkətin reyestr məlumatlarına əsasən, sentyabrın 10-da qeydə alınan dəyişiklikdən əvvəl “Qəbələ Aqropark”ın nizamnamə kapitalı 50 milyon 394 min 875 manat olub.

Qeyd edək ki, cari ilin aprelində “Qəbələ Aqropark”ın nizamnamə kapitalı 3 milyon manat artırılmışdı.

“Qəbələ Aqropark” MMC 2015-ci il aprelin 30-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Qəbələ rayonunun Hacallı kəndində yerləşir. Direktoru Elman Orudzhovdur. Şirkətin biznesi əkinçilik və heyvandarlığı əhatə edir. Qəbələ rayonundakı təsərrüfatında Holşteyn-friz cinsindən iribuynuzlu heyvanlar saxlanılır. Şirkət həmçinin taxıl istehsalı və toxumçuluqla məşğuldur. 2025-ci ildə “Agro Dairy”dən əldə etdiyi toxumlarla 980 hektarda arpa, 590 hektarda isə buğda əkib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər