Azərbaycanda polietilen çantaların istehsalı 50% artıb

2024-cü ilin yanvar-iyun aylarında ölkə ərazisində 10 392.6 ton həcmində polietilendən kisə və çantalar istehsal edilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, illik müqayisədə istehsal 49.4% çoxdur.

01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 477 ton təşkil edir.

2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minmiş qaydaya görə, mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər