13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycanda POS-terminalların sayı 74 mini ötdü

Keçən ilin sentyabr ayının sonu ilə müqayisədə bu ilin sentyabr ayının sonunda Azərbaycanda POS-terminalların sayı 21.1% və ya 12 895 vahid artaraq 74 004-ə çatıb. POS-terminalların 49 554 ədədi və ya 67%- Bakıdadır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bbankının (AMB) hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin sentyabr ayı ərzində POS-terminalların sayı 1 957 vahid və ya 2.7% artıb.

Ümumilikdə POS-terminalların 98%-i pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər