Azərbaycanda POS-terminalların sayı 2020-ci ilin oktyabr ayında 38 ədəd, yanvar – oktyabr dövründə isə 11 min 802 ədəd azalaraq 57 002 ədədə düşüb.
Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ilk 10 ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 11 min 876 ədəd azalaraq 55 min 463 ədədə geriləyib.
Sentyabr ayında isə POS-terminalların sayı artaraq 493 ədəd artaraq 57 min 40 ədəd olmuşdu. Bu ilin oktyabr ayından başlayaraq artıq POS-terminalların sayında azalma qeydə alınıb.
Məlumata əsasən, POS-terminalların 37 230 ədədi Bakıda, 19 772 ədədi isə regionlarda quraşdırılıb. 2020-ci ilin oktyabr ayında Bakıda quraşdırılan POS-terminalların sayı 76 ədəd azalıb, regionlarda isə 38 ədəd artıb.