24 C
Baku
Monday, October 13, 2025

Azərbaycanda potensial qeyri-neft ÜDM-in qiymətləndirilməsi

Azərbaycan Mərkəzi Bankının əməkdaşları Əvəz Yusibov, Tural Yusifzadə və Vüqar Əhmədov tərəfindən hazırlanan bu tədqiqat işi Azərbaycanının qeyri-neft iqtisadiyyatı üzrə potensial artımını və onun istehsal gücü yüklənməsi, həmçinin inflyasiya ilə qarşılıqlı əlaqəsini qiymətləndirir.

Müxtəlif qiymətləndirmə üsullarından istifadə etməklə qeyri-neft potensial məhsul artımı təxminən 5% səviyyəsində müəyyən olunmuşdur. Qısamüddətli ÜDM artımının bu səviyyədən yüksək olması iqtisadiyyatda hərarətlənmə əlaməti kimi qiymətləndirilə bilər, lakin müəssisə səviyyəsindəki məlumatlar bunun əksini göstərir.

2019–2024-cü illəri əhatə edən sənaye sahələrinin aylıq sorğu məlumatları göstərir ki, xüsusilə müəssisələr tam güc səviyyəsində fəaliyyət göstərmədikdə yüksək iqtisadi artım həmişə inflyasiya təzyiqləri ilə müşayiət olunmur. Belə hallarda, istehsal gücünün yüklənməsi artarkən xərclərdə əhəmiyyətli artım olmur.

Bu tədqiqatın nəticələri inflyasiya monitorinqində istehsal gücü yüklənməsi göstəricilərinin daxil edilməsinin vacibliyini vurğulayır və struktur təchizat məhdudiyyətləri olan inkişaf etməkdə olan iqtisadiyyatlarda siyasət tədbirlərinin zəruriliyini önə çəkir.

Məqalə ingilis dilində dərc edilib: Estimating Potential Non-Oil GDP in Azerbaijan 2025

Son xəbərlər
Digər xəbərlər