2021-ci ilin əvvəlindən Azərbaycanda pul bazası 5,6% artıb.
Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Ölkədə pul bazasının həcmi iyulun 30-na 15,956 mlrd. manat təşkil edib ki, bu da indiyədək qeyd olunan ən yüksək göstəricidir.
Elman Rüstəmov konfransda əlavə edib ki, ilik qalan dövründə pul təklifinin dinamikası xəzinə hesabının dəyişimi və dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.