Azərbaycanda bu gün elə bir vəziyyət yaranıb ki, olan investisiya alətləri arasında ən etibarlısı və qiymətini az-çox saxlaya bilən daşınmaz əmlak hesab edilir. Bu qənaətə Banker.az analitikləri gəlmişdirlər.
Uzun illər idi, MDB ölkələrində inflyasiya, devalvasiya və digər iqtisadi təlatümlərə qarşı xarici valyutaya investisiya daha etibarlı alətlərdən sayılırdı. Hazırda bu alət aktuallığını bir çox səbəbdən itirmişdir. Məsələ ondandır ki, ölkədə rəsmi inflyasiyanın həcmi depozit faizlərini ötüb keçdiyi vaxtda (qeyri rəsmi inflyasiya bundan xeyli çox olduğunu düşünürük) dolların məzənnəsi 1.7 AZN həddində saxlanılıb, bu isə məzənnədə inflyasiyanın və bazarda baş verən qiymət dəyişikliklərinin bu məzənnədə əks olunmaması ilə nəticələnir. Əlavə olaraq, Mərkəzi Bankın fiziki şəxslərə tətbiq etdiyi dollar satışındakı limit dolların əldə edilməsi prosesini çoxu üçün əlçatmaz etmişdir ( qeyd edək ki, illik limit 20 min manat ekvivalentindədir).
Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf etməməsi, bazarda alternativ alətlərə çıxışı çox insan üçün məhdudlaşdırıb. Odur ki bu alətlərdən istifadə hazırda aktual deyildir.
Unutmaq lazım deyil ki, daşınmaz əmlak bazarındada qiymətlər adekvat sürətlə artmır. Burada həm ipotekaya götürmək istəyən şəxslərin təklifinin çoxluğu, həm Rusiyadan Bakıda ev almaq istəyənlərin sayının son dövrlər artması, həmçinin yüksək vəsait qazanan şəxslərin yuxaridakı səbəblərdən məhz əmlak bazarına üz tutması bu bazarda köpük effektini artırır. Banker.az analitikləri, daşınmaz əmlak bazarında qiymətlərin hələ bundan sonrada artacağını proqnozlaşdırır. Buna səbəb həm pandemiyada, həmdə Rusiya-Ukrayna arasındakı müharibə nəticəsində tikinti materiallarının qiymətinin artımıdır.