2021-ci ildə Azərbaycanda qanunsuz miqrasiyaya qarşı 9 074 qərar qəbul edilib. Bu göstərici də 2020-ci illə müqayisədə (7317) 24% artım deməkdir. 150 nəfər qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirilib. Bu isə 2020-ci illə müqayisədə (332) 2.2 dəfə azalma deməkdir. Qaçqın statusunda yaşayanların sayında isə son iki ilə görə dəyişmə yoxdur. Belə ki, bu rəqəm 2020 və 2021-ci illər üzrə 78 nəfər təşkil edib. Ölkədə qaçqın statusu ilə yaşayanların 43 nəfəri İran, 26-sı Əfqanıstan, 4-ü Liviya, 3-ü Pakistan, 2-si isə Cənubi Afrika Respublikasının vətəndaşıdır.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, ötən il 35 nəfər qaçqın və sığınacaq axtaran şəxslər olub. 2020-ci ildə bu şəxslərin sayı 8.7 dəfə çox, yəni 305 idi.