27 C
Baku
Sunday, April 28, 2024

Azərbaycanda qadınlardan ibarət ilk minatəmizləmə komandaları yaradılacaq

“Bu layihə bizə heç kimi kənarda qoymamaq prinsipi istiqamətində davamlı öhdəliyimizi bölüşməyə kömək edəcək və Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirən ilk qadın komandaları yaratmağa, onları humanitar minatəmizləmə kimi mühüm fəaliyyətə cəlb etməyə imkan verəcək”.

Bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Ənənəvi olaraq, minatəmizləmə işi kişilərin üstünlük təşkil etdiyi bir peşədir. Bu layihə bərabərliyi və inklüzivliyi təşviq etmək və ölkədə minatəmizləmə sektorunun mütərəqqi xarakterini dəstəkləmək üçün əhəmiyyətli imkanlar təklif edir. Layihə həmçinin gələcəkdə qadınlar üçün karyera inkişaf planlarını və imkanlarını əks etdirməyə çalışacaq. Minatəmizləmə əməliyyatlarında qadınların təşviqi bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmaqda əsas töhfədir”, – o qeyd edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər