Azərbaycan şirkəti nizamnamə kapitalını azaldır.
Banker.az xəbər verir ki, “Ünsan Qida Sənaye” MMC nizamnamə kapitalının azaldığını elan edir. Nizamnamə kapitalının nə qədər azaldılması açıqlanmır.
Qeyd edək ki, 2017-ci ildə “Ünsan Qida Sənaye” MMC yaradılıb. Şirkət əsasən daxili bazar və ixrac yönümlü qənnadı məmulatların, şərq şirniyyatlarının istehsalı prosesinin təşkilini həyata keçirir.