14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda qida təhlükəsizliyi qeydiyyatı elektronlaşdırıldı

Azərbaycanda qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, Agentliyin rəsmi internet saytına daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.

Sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir.  Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edirlər. Daxil edilən məlumatlar Agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir. Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən “Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”ndən çıxarış sahibkarın “Şəxsi kabinet”inə göndərilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər