Dünya birjalarında qızılın bahalaşması Azərbaycana da təsirsiz ötüşmür.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib.
Bu da martın əvvəlindən bu tərəfə qızılın bir unsiyasının 189.63 manat və ya 5.45% bahalaşması deməkdir.
Bir troy qızıl təqribən 31.10 (31.1034768) qrama bərabərdir.
O zaman bir qram qızılın ölkədə rəsmi məzənnəsi bu günə 117.9 manat təşkil edəcək ki, bu da bir gündə hər qramın 1.67 manat və ya 1.44% bahalaşması deməkdir.

Azərbaycanda isə dollar/manat 2017-ci ildən 1.7 məzənnəsində sabit qaldığı üçün ABŞ dollarının istənilən dinamikası ilə korrelyasiya etmiş olur.
Qızılın bir unsiyasının spot qiyməti 2 155.71 ABŞ dollarıdır.
1 t.u. qızıl XAU – 3666.9 manat
1 t.u. gümüş XAG – 41.0141 manat
1 t.u. platin XPT 1545.0535 manat
1 t.u. palladium XPD – 1760.3245 manat







