-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda rəqəmsal bankçılığın inkişafında yaranan baryerlər və perspektivlər

Rəqəmsal bankçılıq bütün ənənəvi əməliyyatların rəqəmsallaşmasıdır. Bu xidmət sektorunun bir çox faydası var. Ofisə getmədən , növbə gözləmədən xidmət almaq mümkündür. Üstəlik bu sektorun inkişafı nəinki müştərilərə, həmçinin də banklara faydalıdır.Banklarda sıxlıq azalır,işçilərin öz vaxtlarını daha səmərəli şəkildə istifadə etmək şansı artır. Banklar böyük ofis və əlavə işçi qüvvəsi istifadəsindən azad olurlar. Bu da bankın gəlirliyini artırır və həmçinin bütün əməliyyatların virtual şəkildə həyata keçirilməsi onların şəffaflığını artırır ki, dövlətin bu sektoru stimullaşdırılmasının ən mühim səbəblərindən biri də budur.

 

Dünyanın bir sıra ölkələrində insanlar bank xidmətlərinin çoxunu internet vasitəsi ilə əldə etməsinə baxmayaraq, Azərbaycanda bu cür xidmətlər çox yayğın şəkildə istifadə olunmur. Buna bir çox səbəb göstərmək olar:

1.Azərbaycan da bu sahənin inkişaf etməmə səbəblərindən biri əhalinin məlumatsızlığından irəli gəlir. Müştərilər xidmət aldığı bankların onlayn xidmət göstərdiklərindən xəbərdar olmurlar.Nəinki orta yaşlı, hətta gənclər arasında belə bu xidmət sektorundan xəbərdar olmayanlar çoxdur.

2.Psixoloji baryer. İnsanlar bank xidmətlərini onlayn  əldə etməyə öyrəncəli deyillər. Necə deyərlər, insan bilmədiyi işdən çəkinər.

  1. Banklara güvənsizlik. Son dövrlərdə əhali arasında banklara qarşı çox böyük güvən problemi yaranıb. Buna səbəb 2015-ci ildə olan devalvasiya və 2012-ci ildə qanunvericilikdə bankların nizamnamə kapitalının 50 milyona qaldırılması ilə bağlı olan dəyişiklərə görə bir çox banklar bağlanması oldu. Və bu ölkədə bank sisteminə olan inamın xeyli sarsılmasına səbəb oldu.

4.Başa düşülməyən interfeys. Bankların bir onlayn platforma qurduğu zaman ən çox diqqət yetirilməsi vacib olan amillərdən biri asan başa düşülən interfeys yaratmaqdır. Belə ki, insanlar bu xidməti əldə etdiyi zaman sual maksimal dərəcədə yaranmamalı, müştərilər rahat şəkildə bütün operasiyaları tək başına yerinə yetirə bilməlidirlər.

  1. Rəqəmsal bankçılıq ölkəmizdə ayrı fərdlər tərəfindən deyil, böyük şirkətlər tərəfindən daha çox istifadə edilir. Ancaq burda bir problem yaranır ki, orta və kiçik sahibkarlar üçün bu sistemi istifadə etmək əlverişli deyil. Belə ki, orta və kiçik sahibkarlar bütün tranzaksiyalarını virtual yolla yerinə yetirmədiyi üçün bu pulu gec-tez çəkmək məcburiyyətindədirlər. Hər dəfə pul çəkdikdə isə əlavə komissiya ödəməli olurlar.

 

Bəs bu cür problemləri necə aradan qaldırmaq olar?

 

Əvvəla qeyd etmək lazımdır ki,Azərbaycan əhalisinin 77%-i internetdən istifadə edir və eyni zamanda 106% isə mobil operatorlara qoşuludur. Bu da əslində ölkəmizdə rəqəmsal bankçılığın nə dərəcədə əlçatan olduğunu sübüt edən göstəricidir. Chris Skinnerin( Fintech müəllifi) sözlərinə görə rəqəmsal bankçılığın inkişafı məhz bank sisteminin yeni olduğu ölkələrdə daha tez həyata keçirilə bilər. Çünki bu ölkələrdə bankların neçə yüz illik tarixi yoxdur və yeni sistemlə yaranan banklar yeni xidmətləri daha tez tətbiq edə bilirlər, nəinki köhnə üsulla işləyən banklar. Məsələn,Polşa, Türkiyə, Çin kimi ölkələrdə bu arqument öz əksini tapır.

Və bununla yanaşı ölkəmizdə son dövrlərdə dövlət tərəfindən bu sahəni stimullaşdırmaq məqsədilə yaradılan proqramlar rəqəmsal bankçılığın  inkişafını təmin edir. Buna misal  “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” və bunun kimi bir sıra dövlət proqramlarını göstərmək olar.

Mənim fikrimcə bu sahənin inkişafını təmin etməktə böyük rol bankların marketoloqlarının üzərinə düşür. İnsanları daha çox məlumatlandıraraq bu sahənin inkişafını təmin etmək mümkündür. Sadəcə məlumatlandırmaqla deyil, həm də kiçik hədiyyəli kampaniyalar təşkil edərək daha çox şəxsə çatmaq olar. Hər bir müştəriyə individual yanaşmada bu sahəni inkişaf ettirə bilər. Məsələn, cavan bir ana mobil və ya internet bankçılığı istifadə etdikdə  bonus toplayaraq uşaq paltarları satılan mağazada endirim əldə etsə və ya mühasibatlıq işinə yeni başlamış və ya başlayacaq şəxsə ACCA kurslar tədris olunan yerdə endirimlər təşkil olunsa fərqli icmalardan olan bir çox insanı bu xidmət sektorundan istifadəyə cəlb etmək mümkündür. Əlbəttə ki, sadəcə marketinq yetərli deyil. Bu sistemin effektiv işləməsini təmin etdikdən sonra banklar marketinq metodlarına əl atmalıdırlar.

Xülasə olaraq demək olar ki, gənc bir ölkə olaraq bu sahənin inkişafına dair bir sıra baryerlər olsa belə, bir çox perspektivlər də mövcuddur. Əhalini məlumatlandıraraq, bu sistemdəki interfeysi daha asan və başa düşülən edərək və bu servislər eldə edilən zaman yaranan xərcləri minimuma endirərək bu sahəni Azərbaycanda aparıcı xidmət servislərindən birinə çevirmək mümkündür.

Müəllif: Zülfiyyə Mehdiyeva

 

 

Son xəbərlər
Digər xəbərlər