9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda rəsmi avtodilerlərin adından verilən zəmanət etibarlıdırmı?

Azərbaycana qeyri-rəsmi qaydada avtomobil gətirənlər əlavə ödəniş müqabilində rəsmi dilerlərin adından azı 1 illik zəmanət təklif edirlər.

Söhbət əsasən, Cənubi Koreya istehsalı olan yeni maşınlardan gedir.

Bəs pulla satılan zəmanət nə dərəcədə etibarlıdır?

Onlardan biri Elnar Rzayev deyir ki, ödənişli zəmanətlərin hüquqi əsası yoxdur: “Zəmanət istehsalçı ilə rəsmi diler arasında imzalanmış müqavilə əsasında verilir. Qeyri-rəsmi idxalçıların təklif etdiyi zəmanət bu qanuni çərçivəyə uyğun gəlmir və hüquqi əsası yoxdur. Pulla zəmanət alanlar sabah avtomobillə bağlı yaranacaq problemlər zamanı çətinliklərlə üzləşə bilər və bir növ riskə getmiş olurlar”.

“Qeyri-rəsmi qaydada, əsasən Çindən idxal olunan avtomobillər rəsmi dilerlərin satdığı maşınlarla müqayisədə bazara aşağı qiymətlərlə bazara daxil olur. Bu da alıcılarda şübhə yaradır və hər adam o cür avtomobilləri almır. Odur ki, idxalçılar əlavə ödəniş müqabilində rəsmi dilerin adından zəmanət təklif edirlər. Lakin bu zəmanətlərin etibarlılığı və qanuniliyi sual altındadır”, – deyə ekspert əlavə edib.

“Ümumiyyətlə, maşın alanlar onun mənşəyini və spesifikasiyasını diqqətlə araşdırmalı, Avropa standartlarına cavab verdiyinə əmin olmalıdırlar. Ən yaxşısı rəsmi dilerdən rəsmi zəmanətlə avtomobil almaqdır. Bu yanaşma alıcının uzunmüddətli perspektivdə rahatlığı üçün ən düzgün seçimdir”, – deyə E.Rzayev vurğulayıb.

Digər ekspert Eldəniz Cəfərov isə bildirir ki, pulla zəmanətin etibarlılığı avtomobilin Avropa standartlarına uyğun olub-olmamasından və rəsmi dilerin buna icazə verib-verməməsindən asılıdır. “Azərbaycan bazarında əsasən Avropa spesifikasiyasına uyğun maşınlara tələbat var. Əgər qeyri-rəsmi qaydada gətirilən avtomobil Avropa spesifikasiyasına uyğundursa, qitənin ekoloji və təhlükəsizlik standartlarına cavab verirsə, rəsmi dilerin servisində tam müayinə olunubsa, həmin maşına rəsmi dilerin adından verilməsi mümkündür. Lakin bunun üçün isə həmin dilerin icazəsinin olması vacibdir. Əks halda, bu cür zəmanətin etibarlılığı sual altındadır. Məsələn, əgər avtomobil Çin və yaxud ABŞ bazarı üçün istehsal edilibsə, ona Azərbaycanda Avropa zəmanəti vermək mümkün deyil”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər