10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda Rayon İcra Hakimiyyəti ilkə imza atıb

Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Mərkəz 39 sahə üzrə xidmət edir.

Qurumda RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək internetə çıxışı təmin edilib. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah vermək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər. Mərkəzdə vətəndaşın problemlərinin operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə) “Qaynar xətt” yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzdə könüllülər fəaliyyət göstərir.

Burada məqsəd sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin qarşısının alınması, süründürməcilik və korrupsiya hallarının qarşısının alınması, vətəndaşın eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edilməsi, işgüzar mühit, açıqlıq, həssas münasibət, yerli dövlət hakimiyyəti orqanlarının vətəndaşlar üçün günün istənilən vaxtı açıq olması, RİH-nin vətəndaşın etimad ünvanına çevrilməsi, vətəndaş məmunluğunun yüksəldilməsidir.

Xatırladaq ki, ötən ilin avqustun 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Son xəbərlər
Digər xəbərlər