Azərbaycan Respublikasında bölgələr üzrə koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.
Statistikanı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı açıqlayıb.
O bildirib ki, koronavirusa yoluxan şəxslərin sayı 52,1 faizi çoxu Bakı üzrə qeydə alınıb:
“Youxma hallarında xarici vətəndaşların sayı 13,16 %, Aran zonasında 6,88 %, Lənkəranda 8,28 %, Abşeronda 5,54 %, Gəncə- Qazax zonasında 7,62 %, Quba-Xaçmazda 2,4%, Yuxarı Qarabağda 1,07 %, Şəki- Zaqatalada 1,27 %, Dağlıq Şirvanda 1,4 %, Naxçıvanda 0,27 % təşkil edib”. Report