9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda Rusiya benzini də satılacaq

SOCAR (ARDNŞ) Rusiyadan “Aİ-92” markalı benzin idxalına başlayıb. Bu barədə şirkətin İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.

“Ümumilikdə, Rusiyadan 30 min tona yaxın “Aİ-92” markalı benzin idxalı planlaşdırılır, Avropadan da eyni həcmdə. O cümlədən, 10-15 min ton benzin Türkmənistandan idxal oluna bilər. İlk tədarük Rusiyadan həyata keçirilir, 16 min tona yaxın yanacaq artıq yüklənib, bunun 8,7 min tonu artıq Azərbaycana gətilirilib”, – İ.Əhmədov qeyd edib.

O izah edib ki, ilki BNEZ-də müəssisədə qrafikə uğun təmir işlərinin həyata keçirildiyi dövr üçün müəyyən həcmdə ehtiyat yanacaq istehsal olunur. Lakin, zavodda palalel olaraq daha keyfiyyətli yanacağın istehsalına yönələn modernləşmə işləri aparılması səbəbindən, təmir işlərinin müddəti də uzanır.

“Məhz bu səbəbdən xaricdən illik müvəqqəti benzin idxalına zərurət yaranır. Təmir işlərinin əvvəlində daxili bazarda “Aİ-92” markalı benzinə tələbat daxili ehtiyatlar, sonrakı günlər isə idxal hesabına ödənilir”, – İ.Əhmədov qeyd edib.

Onun sözlərinə görə, noyabrın əvvəlindən etibarən BNEZ-nin ayrı-ayrı qurğularında istehsalın tədricən tam bərpası planlaşdırılır.

1 oktyabr 2018-ci il tarixindən etibarən SOCAR şirkəti (ARDNŞ) tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyəti qismən illik təmirə dayandırılıb.Təmir işləri orta hesabla bir aya yaxın davam edəcək.

BNEZ-nin qrafik üzrə təmirə bağlanması daxili tələbatın ödənilməsi məqsədilə “Aİ-92” markalı benzinin Azərbaycana idxalına zərurət yaradıb. Söhbət 80 min tonadək benzin idxalından gedir

Nazirlər Kabinetinin 1 oktyabr 2018-ci il tarixli qərarı ilə 95 və 92 oktan ədədi ilə benzinlər 90 gün müddətinə idxal rüsumundan azad edilib. İndiyə qədər bu mühərrik benzinləri gömrük dəyərinin 15%-i həcmində idxal rüsumuna cəlb edilib.

BNEZ-də yalnız “Aİ-92” markalı benzin istehsal olunur.

© İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər