7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda şəhərdaxili hərəkət planı 8 dövlət qurumu ilə razılaşdırılacaq – Siyahı

Azərbaycanda şəhərdaxili hərəkət (mobillik) planının razılaşdırılacağı orqanların (qurumların) siyahısı məlum olub.

Bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nda öz əksini tapıb.

Sənədə əsasən, həmin orqanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi; Daxili İşlər Nazirliyi; Fövqəladə Hallar Nazirliyi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi; Bakı Şəhər İcra Hakimiyyəti (Bakı şəhərinin inzibati ərazisi daxilində); “Bakı Metropoliteni” QSC (Bakı şəhərinin inzibati ərazisi daxilində) və “Azərbaycan Dəmir Yolları” QSC-dir.

Son xəbərlər
Digər xəbərlər